Azərbaycan vətəndaşlarına 400 milyon manata yaxın ƏDV məbləği ödənilib | Banco.az

Azərbaycan vətəndaşlarına 400 milyon manata yaxın ƏDV məbləği ödənilib

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sonuna qədər istehlakçılara ümumilikdə 361,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bunun 190 milyon manatdan çox hissəsi 2022-ci ilin payına düşüb ki, bu da 2021-ci illə müqüayisədə 36,9% çoxdur.

Ötən il nağdsız qaydada alınmış mallara və yaxud əldə edilmiş xidmətlərə görə istehlakçılara 64,3 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da əvvəlki illə müqayisədə 77,5% çoxdur.

Xatırladaq ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərə əsasən, nağdsız ödənişlərə keçidin daha da stimullaşdırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15 %-dən 17,5 %-ə qədər artırılıb.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et