Azərbaycan və Qazaxıstan birgə müəssisələrin yaradılması imkanlarını müzakirə edir | Banco.az

Azərbaycan və Qazaxıstan birgə müəssisələrin yaradılması imkanlarını müzakirə edir

Azərbaycan və Qazaxıstan bərpa olunan enerji mənbələri, neft-servis xidmətləri üzrə birgə müəssisələrin yaradılması sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir. Bu barədə hökumətdən məlumat verilib.

"Bu məsələ Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu ilin oktyabr ayında Bakıda keçirilən iclasında müzakirə olunub", - deyə məlumatda bildirilir.

İclasda Qazaxıstan tərəfi Azərbaycan şirkətlərini Qazaxıstanda həyata keçirilən bərpa olunan enerji mənbələri ilə bağlı layihələr üzrə hərraclarda iştirak etməyə dəvət edib.

Ən sərfəli kredit üçün müraciət et

"Öz növbəsində, Azərbaycan Qazaxıstanın belə hərracların keçirilməsi və xüsusi tariflərin tətbiqi sahəsindəki təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib", - deyə məlumatda qeyd olunur.

Bundan başqa, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi çərçivəsində tərəflər Qazaxıstanda və Azərbaycanda neft-servis xidmətlərinin göstərilməsi üçün birgə müəssisələrin yaradılması, bu ölkələrin ərazilərində neft yataqlarının mənimsənilməsi üzrə layihələrin icrasına hər iki tərəfin cəlb olunması imkanlarını öyrənməklə bağlı razılığa gəliblər.

"İnterfaks-Azərbaycan"

Ən sərfəli krediti almaq üçün müraciət et