Azərbaycan və ABŞ strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıblar | Banco.az

Azərbaycan və ABŞ strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Azərbaycan və ABŞ strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıblar.

Banco.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti C.D. Vensin Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.

Rəsmi səfər çərçivəsində Azərbaycana gələn ABŞ-ın vitse-prezidenti Cey Di Vens Prezident İlham Əliyev ilə görüşüb. Rəsmi qarşılama mərasimindən sonra İlham Əliyev və Cey Di Vens arasında ikitərəfli və nümayəndə heyətləri səviyyəsində danışıqlar aparılıb.

Görüşlərin yekununda İlham Əliyev və Cey Di Vens “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nı imzalayıblar.

Tədbirdən sonra çıxış edən İlham Əliyev dünyanın ən güclü dövləti hesab olunan ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını böyük qürur və şərəf kimi dəyərləndirdiklərini bildirib.

Qafqazda sülhün bərqərar olunmasına verdiyi töhfələrə görə ABŞ Prezidenti Donald Trampa və vitse-prezident Cey Di Vensə təşəkkür edən İlham Əliyev Azərbaycan və Ermənistanın 8 avqust 2025-ci il tarixində Donald Trampın şahidliyi ilə sülh sazişinin mətnini parafladıqlarını xatırladıb.

İlham Əliyev qeyd edib ki, artıq tərəflər sülh şəraitində yaşayır və bu mühitdə yaşamağı öyrənirlər. O, Ermənistan üçün tranzit daşımalarına icazə verildiyini, eyni zamanda neft məhsullarının satışı vasitəsilə ticarət əlaqələrinin qurulduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram