Azərbaycan Türkiyədə yaradılan şirkətlər üzrə ilk onluğa düşüb | Banco.az

Azərbaycan Türkiyədə yaradılan şirkətlər üzrə ilk onluğa düşüb

2017-ci ilin son altı ayı ərzində Türkiyədə Azərbaycan sərmayəli 136 şirkət yaradılıb.

2017-ci ilin sonuna Türkiyədə xarici sərmayəli şirkətlərin ümumi sayı 58 422-yə çatıb. Statistik göstəricilərə əsasən, 2017-ci ilin II yarısında 3 313 yeni şirkət yaradılıb. Qeyd edək ki, 2016-cı ilin sonuna xarici sərmayəli şirkətlərin sayı 52 754 olub ki, bu da 2017-ci ildə bu şirkətlərin sayında illik 5 668 vahid artım olmasını göstərir.

Ən sərfəli kredit üçün müraciət et

“Report” bu barədə Türkiyə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Son altı ayda yaradılan xarici şirkətlərin sıralanmasında ilk yeri 428 şirkətlə Almaniya, ikinci yeri 356 şirkətlə Suriya, üçüncü yeri 231 şirkətlə İran tutub. Daha sonra siyahıda İngiltərə (198), Hollandiya (171), Rusiya (146), Azərbaycan (136), İraq (132), ABŞ (104) və Çin (90) yer alıb.