Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" qeyri-neft sektoru üzrə 251 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın oktyabr sayında qeyd edilib.
Məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 51.8 milyon ABŞ dolları və yaxud 17.1% azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!
