Azərbaycan Qazaxıstana yem istehsalı müəssisələri yaratmağı təklif edib | Banco.az

Azərbaycan Qazaxıstana yem istehsalı müəssisələri yaratmağı təklif edib

Bakı Nur-Sultana Qazaxıstan ərazisində yem istehsalı müəssisələrinin yaradılması imkanlarını öyrənməyi təklif edib. Bu barədə Azərbaycan hökumətindən məlumat verilib.

“Müvafiq razılaşma 2019-cu ilin oktyabr ayında Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında əldə edilib. Belə müəssisələrin yaradılmasında məqsəd Azərbaycanda kənd təsərrüfatının yem məhsullarına olan tələbatının ödənilməsidir.

Bundan əlavə, tərəflər Qazaxıstandan taxıl idxalı ilə məşğul olan Azərbaycan şirkətlərinin üzləşdiyi çətinliklərin aradan qaldırılması məqsədilə tədbirlərin görülməsi barədə razılığa gəliblər.

"Öz növbəsində, Azərbaycan tərəfi Qazaxıstanın dəmir yolu məhsulları, o cümlədən lokomotivlər, dəmiryol relsləri, yarımvaqonlar, örtülü yük vaqonlarının əldə edilməsi məsələsi ilə bağlı Qazaxıstanın maliyyə və sığorta alətlərindən istifadəyə dair “KazakhExport İxrac Sığorta Şirkəti” ASC-nin təklifini nəzərdən keçirəcək", - deyə hökumətin məlumatında vurğulanır.

Ən sərfəli kredit üçün müraciət et

Bakı, həmçinin Qazaxıstan şirkətlərinə Azərbaycanın xüsusi iqtisadi zonalarında birgə müəssisələr yaratmağı, Azərbaycan istehsalı olan neft maşınqayırması məhsullarının və sənaye parklarının yüksək texnoloji məhsullarının Qazaxıstanda satışına kömək etməyi təklif edib.

Qazaxıstan tərəfinin məlumatına görə, Azərbaycan cari ilin yanvar-sentyabr aylarında Qazaxıstandan 58,5 milyon dəyərində 265 min ton buğda alıb. Bu həcm ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% artıb.

"İnterfaks-Azərbaycan"  

Ən sərfəli krediti almaq üçün müraciət et