Azərbaycan Qadınlar Klubunun (Women Bankers Club) təşkilatçılığı ilə növbəti seminar keçirildi | Banco.az

Azərbaycan Qadınlar Klubunun (Women Bankers Club) təşkilatçılığı ilə növbəti seminar keçirildi

01 fevral 2020-ci il tarixində Azərbaycan Qadınlar Klubunun (Women Bankers Club) təşkilatçılığı ilə növbəti maraqlı seminar keçirilmişdir.

“Təqdimat bacarıqları” mövzusunda olan seminar natiqlik və korporativ kommunikasiya üzrə mütəxəssis, beynəlxalq səviyyəli biznes təlimçi Rəşad Bayramov tərəfindən aparılmışdır.

Yüksək interaktivli seminar zamanı iştirakçilar öz çıxışlarını daha cəlbedici, danışığlarını daha təsirli, fikirlərini daha yaddaqalan etmək üçün üsulları ilə tanış oldular.

Seminarda auditoriya qarşısında narahatlığını müsbət enerjiyə, darıxdırıcı məsələləri maraqlı hekayələrə, cansız slaydları rəngarəng təqdimata çevirməyin yollarından, bəhs olunmuşdur.

Bankir qadınlar seminarın yüksək səviyyədə təşkil olunduğunu, faydalı olduğunu və məqsədə tam nail olunduğunu qeyd etmişlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Women Bankers Club” Azərbaycanda yeganə Qadın Bankirləri Klubudur. Klubun məqsədi Maliyyə sektorunda çalışan Qadınları birləşdirib, uğurlu ünsiyyət platforması yaradaraq vahid ideologiya ətrafında faydalı fikir və peşəkarlıq mübadiləsinin aparılması, yeni tanışlıqların, banklararası münasibətlərin qurulması və möhkəmləndirilməsi, bir-birinə işgüzar dəstəyin təmin edilməsidir.

Klubun tədbirləri haqqında facebook səhifəsində dərc olunur. Bundan başqa klubun facebook-da qapalı və yalnız qadın bankirlərin qoşula biləcəyi qrupu da mövcuddur. Hazırda qrupun 500-ə yaxın üzvü vardır.

Ən sərfəli krediti almaq üçün müraciət et