Azərbaycan pambıqçılığa görə dünyada 21-ci yerdədir - ARAŞDIRMA | Banco.az

Azərbaycan pambıqçılığa görə dünyada 21-ci yerdədir - ARAŞDIRMA

Qida və geyimlərimizin əsas hissəsi kənd təsərrüfatı məhsullarından əldə olunur. Hətta ABŞ dollarının emissiyası zamanı pulun 75% hissəsi pambıqdan hazırlanır.

Banco.az “ağ qızıl” hesab olunan pambıq və onun istehsalı barədə məlumat hazırlayaraq təqdim edir. 

Pambığın istehsalı xüsusi qulluq tələb edir. Orta hesabla  160 günə yetişən bu bitkini minimum orta illik 19⁰ C temperatur olduqda əkmək lazımdır. Dünyada təxminən 50-ə yaxın növü var və 100-dən çox ölkədə istehsal olunur. Ən keyfiyyətli pambıq isə Misir pambığı qəbul edilir.

2018-ci ildə dünyada 26 milyon ton pambıq istehsal olunub və bunun da 80%-i 10 ölkənin payına düşür.

Dünyada ən çox pambıq istehsalı ilə məşğul olan ölkələr isə Hindistan, ABŞ və Çindir. Elə idxal edən ölkələrin birincisi də yenə Çindir. Pambıq becərən ölkələrin 4-ü həm də pambıq idxal edir. Bu da istehsalın daxili tələbatın ödənilməməsinin göstəricisidir. Ölkəmiz isə bu göstəriciyə görə düya üzrə 21-ci yerdə qərarlaşıb.

İnfoqrafik: Tahir Əsgərli

Qədimdən pambığı ilə diqqəti çəkən Azərbaycan isə son 10 ildə pambıq yığımı əhəmiyyətli dəyişkliyə səbəb olub. Son 2 ili çıxmaq şərtilə ən çox yığım 2005-ci ildə qeydə alınsa da, növbəti illlərdə əhəmiyyətli dərəcədə pambıq yığımı azalıb. Qeyd olunan göstəricilər bütün təsərrüfat kateqoriyaları üzrə olan pambıq yığımıdır. 2018-ci ildə bu göstərici 234 min ton olubsa, bunun sadəcə 28 min tonu kənd təsərrüfatı müəssisələrinin payına düşür. Yerdə qalan 205 tonu isə fərdi sahibkarlar və ev təsərrüfatının payına düşür.

Bu həmin dövrdə əkin sahələrinin azalması ilə də əlaqəlidir. Məhsuldarlıq baxımından isə  ən yüksək məhsuldarlıq 2015-ci ildə 19.5 sen/ha olub. 2018-ci il üçün isə bu göstərici 17.6 sen/ha olub.

İnfoqrafik:Tahir Əsgərli

İllər

Pambıq yığımı
(min ton)

Əkin sahəsi
min hektar

Məhsuldarlıq
sen/ha

2018

233,6

132,5

17,6

2017

207,5

136,4

15,3

2016

89,4

51,4

17,3

2015

35,2

18,7

18,8

2014

41,0

22,9

17,9

2013

45,2

23,5

19,3

2012

57,0

29,2

19,5

2011

66,4

42,8

15,5

2010

38,2

30,2

12,7

2009

31,9

21,1

15,5

2008

55,4

48,5

11,5

2007

100,1

75,6

13,0

2006

130,1

102,8

13,0

2005

196,6

112,4

17,0

2004

135,7

78,2

17,4

2003

99,6

66,8

15,0

2002

80,4

61,0

13,2

2001

83,6

83,3

10,0

2000

91,5

101,2

9,0

1999

96,8

94,4

10,3

1998

112,9

155,5

7,3

1997

124,6

211,8

6,1

1996

274,4

213,4

12,9

1995

274,1

210,4

13,0

Ən sərfəli kredit üçün müraciət et

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et