Azərbaycan kiçik və orta biznesin maliyyələşdirilməsi reytinqində 24-cü oldu | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan kiçik və orta biznesin maliyyələşdirilməsi reytinqində 24-cü oldu

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Kiçik və orta biznesin maliyyələşdirilməsi” göstəricisində 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb.

Azərbaycan bu göstəricidə Danimarka (25-ci yer), Kanada (27-ci yer), Belçika (30-cu yer) kimi ölkələri qabaqlayıb.

Azərbaycan reytinqdə həmçinin qonşu ölkələri də qabaqlayıb. Belə ki, bu siyahıda Türkiyə 63-cü, Gürcüstan 83-cü, Rusiya 118-ci, İran isə 126-cı yeri tutub.

Bu reytinqdə birinci yerdə Finlandiya qərarlaşıb.

Trend