Azərbaycan ixracatçılarının yanvar-noyabr ayları üzrə reytinqi açıqlanıb - TOP-10 | Banco.az

Azərbaycan ixracatçılarının yanvar-noyabr ayları üzrə reytinqi açıqlanıb - TOP-10

Bu ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən  verilən məlumata görə, 2020-ci ilin 11 ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

1. Azerbaijan International Mining Company-nin Azərbaycandakı nümayəndəliyi;

2. SOCAR Polymer MMC;

3. Land Lojistic MMC;

4. MKT İstehsalat Kommersiya MMC;

5. Sun Food MMC;

6. Global Trade Group MMC;

7. Almeyvə MMC;

8. Baku Steel Company MMC;

9. Aqrovest MMC;

10. Fruit Store MMC;

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda Azergold QSC, Azəralüminium MMC, Azərenerji ATSC, Azərpambıq Aqrar Sənaye Kompleksi MMC, Azərbaycan Hava Yolları QSC, Azərtütün Aqrar Sənaye Kompleksi MMC, Azərbaycan İstilik Elektrik Stansiyası MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və Azəripək MMC yer alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram