Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin ilk 6 ayında Azərbaycanın İtaliyaya qeyri-neft məhsullarının ixracı illik müqayisədə 5 milyon 233 min dollar və ya 24% azalıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilin birinci yarısında İtaliyaya qeyri-neft ixracının dəyəri 16 milyon 492 min dollar təşkil edib.
Ötən ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 21 milyon 725 min dollar olub.
Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (541 milyon 700 min dollar).
Bizi sosial şəbəkələrdən izləyin!!