Azərbaycan İtaliyaya 34 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib | Banco.az

Azərbaycan İtaliyaya 34 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin ilk 10 ayında Azərbaycanın İtaliyaya qeyri-neft məhsullarının ixracı illik müqayisədə 1 milyon 373 min dollar və ya 4,2% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında İtaliyaya qeyri-neft ixracının dəyəri 33 milyon 984 min dollar təşkil edib. 

Ötən ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 32 milyon 611 min dollar olub. 

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (956 milyon 725 min dollar). 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram