Azərbaycan investisiya mühitinin yaxşılaşdırılmasında nəzərəçarpacaq irəliləyiş əldə edib | Banco.az

Azərbaycan investisiya mühitinin yaxşılaşdırılmasında nəzərəçarpacaq irəliləyiş əldə edib

Azərbaycan son illərdə geniş və əsaslı islahatlar vasitəsilə investisiya mühitinin yaxşılaşdırılmasında nəzərəçarpacaq irəliləyiş əldə edib, lakin görüləsi işlər daha çoxdur.

Bu barədə Dünya Bankından bildirilib.

Məlumata görə, son illərdə hökumət qanunvericilik və dövlət idarəçiliyinin restrukturizasiyası və müasirləşdirilməsi, vergi və gömrük praktikasında islahatların aparılması, əmək və sosial müdafiənin təşviqi üzrə institusional tədbirlər görüb. Xüsusilə, vergi prosedurlarının sadələşdirilməsi, vergi yükünün azaldılması, kiçik və orta sahibkarlıq (KOB) üzrə vergi dərəcələrinin aşağı salınması (4 faizdən 2 faizə), qeyri-neft özəl sektoru üçün vergi güzəştlərinin tətbiqi ilə xarici biznes marağını stimullaşdırıb.

Dünya Bankından bildirilib ki, sənaye parkları hazırda biznes klasterlərinin yaradılması üçün əlverişli şərait yaradır, lakin hökumət iri şirkətləri yerli təchizatçılarla biznes əlaqələrini gücləndirməyə, bu sahədə təşəbbüsləri artırmağa həvəsləndirə bilər.

Ən sərfəli kredit üçün müraciət et

İslahatlar həmçinin məhkəmə sisteminin səmərəliliyini və şəffaflığını artırmaq məqsədi daşıyır. Bu da məhkəmə icraatını əhəmiyyətli dərəcədə təkmilləşdirir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et