Azərbaycan hökuməti manatın məzənnəsinin tənzimlənməsi üçün 2017-ci ildə xərcləri artıracaq.
Banco.az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında deyilir.
Hökumət gələn il bu məqsədlər üçün dövlət büdcəsindən 84 milyon manat ayıracaq.
İlkin hesablamalara görə, 2017-cu ildə hökumətin xarici valyutada bütün xərcləri təxminən 3,06 milyard dollar təşkil edəcək.