Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı işçi qrupunun iclası keçirilib | Banco.az

Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı işçi qrupunun iclası keçirilib

Ötən ilin dekabr ayının 18-də “Azərenerji” və “Gürcüstan Dövlət Elektrosistem” səhmdar cəmiyyətlərinin rəhbərləri arasında imzalanan “Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri” ilə bağlı memoranduma uyğun olaraq bu gün tərəflər arasında işçi qrupunun ilk iclası keçirilib.

İşçi qrupunun ilk iclasında Azərbaycanla-Gürcüstan arasında mövcud olan və 1958-ci ildə tikildiyindən istismar müddətini başa vuran 330 kV-luq 1 dövrəli Qardabani elektrik hava xəttinin 2 dövrəli formada yenidən qurulması müzakirə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda “Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri” ilə bağlı saziş layihəsinin digər detalları barədə də fikir mübadiləsi aparılıb.

Report