Müəllif: Gülnar Əhmədli, Banco.az
AccessBank-ın depozit portfeli 31 dekabr 2025-ci il tarixinə 1 milyard 132 milyon 381 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın depozit portfeli 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 105 milyon 898 min manat və ya 10,3% artıb.
Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 893 milyon 187 min manat, hüquqi şəxslərin depozitləri isə 239 milyon 194 min manat təşkil edib.
İllik müqayisədə fiziki şəxslərin depozitləri 85 milyon 705 min manat (10,6%), hüquqi şəxslərin depozitləri isə 20 milyon 193 min manat (9,2%) artıb.
Ötən ilin eyni dövründə depozitlərin məbləği müvafiq olaraq 807 milyon 482 min manat və 219 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
