Azərbaycan BOKT-ları 13 mln. manatdan çox zərər edib | Banco.az

Azərbaycan BOKT-ları 13 mln. manatdan çox zərər edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2025-ci ilin birinci yarısını 13,2 milyon manat xalis zərərlə başa vurub.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-lar 2024-cü ilin birinci yarısında 76,6 milyon manat xalis mənfəət əldə etmişdilər.

Məlumata görə, bu ilin 1 iyul tarixinə BOKT-ların aktivləri 963,4 milyon manat olub. Bu da illik müqayisədə 109,4 milyon manat və ya 12,8% çoxdur.

Qeyd edək ki, hesabat dövrü ərzində BOKT-ların öhdəlikləri 6,8% artaraq 512,5 milyon manata, balans kapitalı isə 20,5% artaraq 450,8 milyon manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram