Azərbaycan Beynəlxalq Bankı kreditlərin onlayn ödənişi xidmətini tətbiq edib | Banco.az

Azərbaycan Beynəlxalq Bankı kreditlərin onlayn ödənişi xidmətini tətbiq edib

Azərbaycan Beynəlxalq Bankı (ABB) "AzeriCard" prosesinq mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində bankın veb-saytında kredit ödənişlərinin onlayn edilməsi imkanı yaradıb. Bu barədə "AzeriCard"ın bazar ertəsi yaydığı məlumatda deyilir.

Artıq bankın müştəriləri plastik kart vasitəsi ilə heç bir yerə getmədən, sadəcə www.ibar.az və ya www.azericard.com veb-saytına daxil olaraq real vaxt rejimində öz kredit borclarını ödəyə bilərlər. Həmçinin, həmin xidmət vasitəsi ilə müştərilər hesabda mədaxil əməliyyatı da apara bilərlər. Bu əməliyyatların aparılmasına görə müştərilərdən heç bir komissiya tutulmur. Bundan başqa, rahatlıq üçün müştərilərə özlərinin arzu etdikləri halda həyata keçirdikləri əməliyyatın təfərrüatları haqqında məlumat onların elektron ünvanına da göndərilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: trend.az