Azərbaycanda banklar müştərinin hesabına daxil olmuş pul vəsaitini həmin əməliyyat günündən (bankın müştəri sərəncamlarının qəbulu və bank əməliyyatlarının aparılması üçün müəyyən etdiyi iş vaxtından) gec olmayaraq hesaba salmalı olacaqlar, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.
Bu, Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Hazırda qüvvədə olan Məcəlləyə görə isə banklar müştərinin hesabına daxil olmuş pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda və yaxud bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın.
report
Bizi sosial şəbəkələrdən izləyin!!