Azərbaycan banklarında fiziki şəxslərin nə qədər depoziti var? | Banco.az

Azərbaycan banklarında fiziki şəxslərin nə qədər depoziti var?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin 1 iyun tarixinə Azərbaycan banklarında fiziki şəxslərin depozitləri 13 milyard 399 milyon manat təşkil edib. 

Banco.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir. 

Məlumata görə, fiziki şəxslərin depozitləri illik müqayisədə 10,3% və ya 1 milyard 256 mln. manat artıb. 

Fiziki şəxslərin depozitlərinin 7 milyard 625 milyon manatı (56,9%) müddətli, 5 milyard 774 milyon manatı isə tələbli depozitlər olub. Hüquqi şəxslərin tələbli depozitləri 16,301.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76,1%-ni təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən ilin müvafiq dövründə banklarda fiziki şəxslərin əmanətləri 12 milyard 143 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram