Azərbaycan bankları “Bank of New York Mellon”la əməkdaşlığı genişləndirə bilər | Banco.az

Azərbaycan bankları “Bank of New York Mellon”la əməkdaşlığı genişləndirə bilər

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin üzvlərinin rəhbər şəxsləri ilə “Bank of New York Mellon”-nun Bakıda səfərdə olan nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə ABA-ya istinadən xəbər verir.

Məlumata görə, görüşdə Azərbaycan bankları ilə “Bank of New York Mellon” arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.

ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et