Azərbaycan Banklar Assosiasiyası ilə Azərbaycan Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır | Banco.az

Azərbaycan Banklar Assosiasiyası ilə Azərbaycan Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır

Rəqəmsal ödəniş ekosisteminin inkişafı istiqamətində həyata keçirilən islahatların davamı olaraq Azərbaycan Banklar Assosiasiyası ilə Azərbaycan Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Memorandum əsasında növbəti illərdə tərəflər arasında daha sıx işgüzar əlaqələrin qurulması, rəqəmsal ödənişlər və fintex ekosistemində birgə konfrans, seminar və digər tədbirlərin təşkili, xüsusilə rəqəmsal ödəniş ekosisteminin inkişafı və təhlükəsizliyi üzrə koordinasiya edilmiş fəaliyyətin həyata keçirilməsi və digər bu kimi istiqamətlərdə əməkdaşlıq edilməsi nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, bank sistemi və fintex ekosistemində təmsil olunan maliyyə institutları arasında fəaliyyətin koordinasiya olunmuş formada həyata keçirilməsi ümumillikdə ölkədə bank xidmətlərinin rəqəmsallaşmasını sürətləndirəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et