Azərbaycan bankı sosial ipoteka kreditlərinə başlayır – AÇIQLAMA | Banco.az

Azərbaycan bankı sosial ipoteka kreditlərinə başlayır – AÇIQLAMA

Azərbaycanın ən böyük banklarından olan «Kapital Bank» yaxın vaxtlarda sosial ipoteka məhsulunu elan edəcək.

Bu barədə bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Bank sədri müsahibəsində deyib ki, ipoteka kreditləşməsi Kapital Bank üçün strateji prioritet istiqamətlərdən biridir.

Belə ki, 2020-ci ilin ilin əvvəlində İpoteka və Kredit Zəmanət Fondu tərəfindən banka ayrılan 10 milyon manat vəsaitin demək olar ki, yarısı artıq istifadə olunub: «Əlavə olaraq, cari strateji dövr üçün Kapital Bank tərəfindən 100 milyon manat məbləğində kommersiya ipotekasının verilməsi də nəzərdə tutulub. Artıq bununla bağlı bəzi partnyor şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb».

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, bank özünün sosial ipoteka məhsulunu da təqdim edəcək: «Prezident İlham Əliyevin  regionlarda vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tövsiyələrini rəhbər tutaraq, regionlar üzrə insanların mənzilə olan tələbatını ödəmək üçün Bank tərəfindən sosial yönümlü ipoteka məhsulu da hazırlanıb. Yaxın zamanda bu məhsulun satışına başlanılacaqdır».

R.Allahverdiyev bildirib ki, İşçi Qrupunun hazırladığı tədbirlər planı çərçivəsində ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi göstərilməsi üçün də əlavə vəsait ayrılacaq: «Buna istinadən biz də öhdəmizə düşən lazımi addımları atmağa hazırıq».

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et