Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 2 milyard 406 milyon 827,6 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 % çoxdur.
10 ay ərzində avtomobil və hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 12,5 %-ni təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb.
