AZAL Bakıdan üç yeni istiqamət üzrə reyslər yerinə yetirəcək | Banco.az

AZAL Bakıdan üç yeni istiqamət üzrə reyslər yerinə yetirəcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilun mart ayından Rusiyanın Novosibirsk, Yekaterinburq və Samara şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Martın 16-dan həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı Novosibirskə, martın 19-dan isə həftədə iki dəfə – çərşənbə və bazar günü Yekaterinburqa aviareyslər həyata keçiriləcək.

AZAL-in aşağıbüdcəli törəməsi - “Buta Airways” isə martın 18-dən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günü Samaraya uçuşlar reallaşdıracaq.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et