Avtomobillərin rəngi dəyişdirildikdə dövlət qeydiyyatından keçirilməsi tələb ediləcək | Banco.az

Avtomobillərin rəngi dəyişdirildikdə dövlət qeydiyyatından keçirilməsi tələb ediləcək

Milli Məclis nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilməsi tələbini qəbul edib.

Bu tələb “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi də nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq III oxunuşda qəbul edilib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram