Avtomobillərin icbari sığortası azalıb, könüllü sığortası artıb | Banco.az

Avtomobillərin icbari sığortası azalıb, könüllü sığortası artıb

2020-ci ildə Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 93 293,5 min manat sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına görə, bu müddətdə eyni sığorta növü üzrə 56 578,7 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən il sığorta yığımları 7,1%, ödənişlər isə 15,9% azalıb.

Hesabat əsasən, ötən il ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 36 875,9 min manat sığorta haqqı yığılıb, 13 039,4 min manat ödəniş edilib. Bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 1,6% çox və 0,3% azdır.

Qeyd edək ki, 2020-ci ildə ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 728 634 min manat həcmində sığorta haqqı yığılıb və 465 153 min manat həcmində ödəniş həyata keçirilib. Bu, illik müqayisədə müvafiq olaraq 7% və 54,3% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et