Avtomobil kreditləri və banklarımızın təklifləri | Banco.az

Avtomobil kreditləri və banklarımızın təklifləri

Nəqliyyat vasitələri günümüzün ən vacib ehtiyacıdır. Belə ki, avtomobil alışı həm daha yaxşı nəqliyyat vasitəsi almaq istəyən sürücülər üçün, həm də avtomobili olmayan şəxslər üçün aktualdır. Bir çoxları üçün bunun optimal həlli avtomobili kreditə almaqdır. Banklar isə insanlara bu xidməti müxtəlif şərtlər altında təqdim edir.

Avto kredit vasitəsilə təzə və az işlənmiş avtomobillərin kredit yolu ilə alışı həyata keçirilir. Avto kreditin miqdarı və faiz nisbəti kredit verən banka, avtomobilin markasına, yaşına (yəni neçənci ilin istehsalı olmasına) görə dəyişməkdədir.  Hal-hazırda Azərbaycanda avto kredit illik 17-30% arasında dəyişir.

İkinci əl və ya yeni avtomobil alınmasından asılı olaraq ilkin ödənişin miqdarı müxtəlifdir.

Yalnız TBC kreditdə avto kredit alınan zaman ilkin ödəniş tələb olunmur. (lakin verilən kreditin maksimum məbləği 15 000, əməkhaqqı tələbi isə minimum 600 AZN-dir).  

Hal-hazırda avtomobil kreditlərində ilkin ödəniş olduqca yüksəkdir. Bu isə insanların avtomobil kreditinə marağını azaldır, belə ki, heç kəs avtomobilin 80% civarında məbləği özü tapıb, 20% miqdarda kredit almaq istəmir, çünki bu zaman həm əlavə sığorta xərcləri, həm də faiz xərclərini qarşılamalı olacaq.

Bank Respublika, Bank Standart, Bank of Baku-da ikinci əl avtomobillərin alışını kreditləşdirərkən, ilkin ödənişi avtomobilin 80% dəyərində tələb edir və yalnız 20% civarında kredit verə bilir.

Yeni avtomobillərdə isə avtomobilin qiyməti 30 000 manatdan az olduğu halda  ilkin ödəniş məbləği 50% təşkil edir. Yox əgər, 30 000 manatdan çoxdursa, ilkin ödəniş məbləği 40% təşkil edir.

Ümumiyyətlə, avto kreditin sənədləşməsi zamanı tələb olunan şərtlər demək olar ki, eynidir.

  • Şəxsiyyət vəsiqəsi,
  • İş yerindən arayış (gəlirləri təsdiq edən digər sənədlər)
  •  Yaş həddi 20-60,
  • Azərbaycan vətəndaşlığı.

İş yerindən arayış (gəlirlərin təsdiq edilməsi)

Mərkəzi Bankın qərarına əsasən müştərinin bankda olan kredit tarixçəsindən və əməkdaşlıq müddətindən asılı olmayaq, iş yerindən mütləq arayış təqdim olunmalıdır -

Kreditləşmə zamanı bəzi hallarda əlavə olaraq zamin tələb oluna bilər və təbii ki, alacağınız avtomobil bankda girov olaraq qeydiyyata salınacaq.  

Demək olar ki, bütün banklarda kredit müddəti maksimum 60 aydır. Lakin, TBC Kredit-də bu müddət 36 aya qədərdir.

Şərtlərlə daha ətraflı cədvəldə tanış ola bilərsiniz.

Qeyd: hal-hazırda Bank VTB “Bank komissiyasına YOX deyək!” adlı yeni avto kredit aksiyaya start vermişdir.

 

Bank

Müddət

Məbləğ

İlkin ödəniş

İllik faiz dərəcəsi

VTB

48-60 ayadək

Yeni avtomobilin 50-60%-i,
köhnə avtomobilin 20%-i

Yeni avtomobillərdə qiymətin 40-50%-i,
köhnə avtomobillərdə 80%

Ətraflı

15%

Bank Respublika

36 ayadək

Yeni avtomobilin 50-60%-i,
köhnə avtomobilin 20%-i

Yeni avtomobillərdə qiymətin 40-50%-i,
köhnə avtomobillərdə 80%-i

Ətraflı

14-23%

Expressbank

6-36 ay

1000-50000 (azn,u sd)

Müraciət edilən avtosalondan asılıdır. Kredit bankın əməkdaşlıq etdiyi avtosalonlardan avtomobil alınarkən verilir

Ətraflı

17%-dən başlayır

Yapı Kredi Bank

36 ayadək

Yeni avtomobilin 50-60%-i,
köhnə avtomobilin 20%-i

Avtomobilin markasından asılı olaraq 30-50% 100.000 usd-ə qədər 30%

,100.000 usd-dən çox -50%

Ətraflı

19-21%

DəmirBank

36 ayadək

50000 azn-dək

Yeni avtomobillərdə qiymətin 40-50%-i,
köhnə avtomobillərdə 80%-i

Ətraflı

20%-dən başlayır

AccessBank

60 ayadək

50000 (azn, usd)

Avtomobil qiymətinin minimum 10%-i

Ətraflı

18-26%

NBCBank

36 ayadək

30000 azn-dək

Yeni və 1 ilə qədər olan avtomobillərdə - minimum 50% (30 000 AZN - ə qədər avtomobillər), min 40% (30 000 AZN və yuxarı)

Ətraflı

Partnyor аvto krediti | Digər avto kredit

20%-26%

TBC kredit

36 ayadək

15000 azn

Tələb olunmur

Ətraflı

24%

NİKOYL Bank

6-36 ay

2000-30000 azn

Yeni avtomobillər üzrə ilkin ödəniş 40-50%, yaşı 1 ildən çox olan avtomobillər üzrə 80%

Ətraflı

23-24 %

Bank of Baku

12-60 ay

500-50000 (azn-usd)

Avtomobil dəyərinin 40-50%-i (yalnız yeni avtomobillər)

Ətraflı

17-18%

Ən sərfəli kredit üçün müraciət et

Günel Abduraxmanova & Könül Soltanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et