Avstraliyanın aparıcı bankı nağdsız rejimə keçməyi planlaşdırır | Banco.az

Avstraliyanın aparıcı bankı nağdsız rejimə keçməyi planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Avstraliyanın ən böyük banklarından biri olan “Macquarie Bank” müştərilərinə bu il nağd pulu tamamilə ləğv edəcəyini bildirib. Gələn həftədən dövriyyədə yalnız nağdsız ödənişlərdən istifadə olunacaq.

Banco.az xəbər verir ki, dəyişikliklərdən sonra “Macquarie” müştəriləri öz hesablarından kağız pulları yalnız digər banklar tərəfindən idarə olunan bankomatlar vasitəsilə çıxara biləcəklər və gündəlik çıxarma limiti 2000 Avstraliya dolları ilə məhdudlaşdırılacaq.
Bank, həmçinin, telefon ödənişləri etmək imkanını dayandıracağını bildirib.

Məlumata görə, “Macquarie” tam rəqəmsal ödənişlərə keçidini əməliyyatların aparılması üçün daha təhlükəsiz, sürətli və rahat üsul olması ilə izah edib.

Qeyd edək ki, Avstraliya sakinləri bu qərarın əleyhinədirlər və hətta nağd pulun saxlanması üçün mitinqlər keçiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram