Avrozonada iqtisadi artım proqnozları doğrultmadı | Banco.az

Avrozonada iqtisadi artım proqnozları doğrultmadı

Tamara Mustafayeva, Banco.az

Avrozona iqtisadiyyatı aprel-iyun dövründə proqnozlardan aşağı olaraq 0,6 faiz artıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa Statistika Komitəsinin (Eurostat) məlumatlarına görə, 19 üzvlü Avrozona iqtisadiyyatının ikinci rüb artım məlumatları rüblük əsasda 0,6 faiz olaraq yenidən nəzərdən keçirilib. Əvvəlki proqnoz isə 0,7 faiz idi.

İqtisadiyyat illik əsasda da 3,9 faiz artıb, əvvəlki proqnoz 4 faiz idi. Bu dövrdə məşğulluq isə 0,3 faiz artıb.

Qeyd edək ki, açıqlanan məlumatlar Avropa iqtisadiyyatının nisbətən güclü olduğunu göstərsə də, analitiklər enerji çatışmazlığının inflyasiyanı daha da artıracağından və region iqtisadiyyatının tənəzzülə girəcəyindən narahatdırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et