Azərbaycanda seçilmiş əsas 15 brend üzrə qlobal brend dəyəri hesablanacaq.
Bu istiqamətdə Böyük Britaniyanın “Brand Finance” şirkəti ilə birgə işlərə başlanılacaq.
Eyni zamanda “Brand Finance” şirkəti ilə yerli şirkətlərin marka dəyərinin artırılması üzrə işlərin görülməsi planlaşdırılır.
Sözügedən layihənin özəl sektor da cəlb olunmaqla bu il İqtisadiyyat Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən icra edilməsi nəzərdə tutulub.
APA
