Mərkəzi Bankın avtomobilləri endirimlə 4-cü dəfə təkrar satışa çıxarılır – Hərrac | Banco.az

Mərkəzi Bankın avtomobilləri endirimlə 4-cü dəfə təkrar satışa çıxarılır – Hərrac

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 7 may 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə Azərbaycan Mərkəzi Bankının balansında olan 13 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Nəqliyyat vasitələrinin markaları "Mercedes", "BMW", "Lexsus", "GMC Yukon Denali", "Kia Cerato", "Honda", "Toyota", "Hyundai", "Vaz 21213" və "Mitsubishi"dir.

Qeyd edək ki, avtomobillər 4-cü dəfə 30% endirimlə təkrar hərraca çıxarılır. Avtomobillərin start qiyməti 2 660 manatdır.

Modellər və avtomobillər haqqında daha ətraflı məlumat:

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram