Avrozonada investor inamı 2022-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb | Banco.az

Avrozonada investor inamı 2022-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Oktyabr ayında Avrozonada investor inamı gözləniləndən daha az aşağı düşüb.

Banco.az xəbər verir ki, bazar araşdırması aparan və mərkəzi Frankfurtda yerləşən “Sentix”in verdiyi açıqlamaya görə, sentyabr ayında mənfi 21,5 punkt olan Avrozonanın Ümumi İnvestor İnam İndeksi bu ay 0,4 bənd azalaraq mənfi 21,9 punkt olub.

2022-ci ilin noyabrında enerji böhranından bəri ən aşağı səviyyəyə (mənfi 27) enən indeks üzrə proqnozlar mənfi 24,0 punktu işarə edirdi.

İnvestorların gələcək 6 ay üçün gözləntilərini ölçən Proqnozlar İndeksi də mənfi 21 punktdan mənfi 16,8 punkta yüksəlib. Bu indeksin 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyəyə yüksəlməsi də diqqət çəkib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, İnvestor İnam sorğusu oktyabrın 5-7-də 1222 investorun iştirakı ilə keçirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram