Müəllif: Tamara Mustafayeva, Banco.az
Avqust ayında Avrozonada inflyasiya dəyişməz qalıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozonanın avqust ayı üzrə aparıcı inflyasiya məlumatlarını dərc edib.
Məlumatlar göstərir ki, Avrozonada iyul ayında 5,3 faiz olan illik inflyasiya avqust ayında da eyni nisbətdə qalıb.
Region ölkələrində inflyasiyanın aylıq artım tempi isə 0,6 faiz təşkil edib.
Qeyd edək ki, ekpertlər sözügedən dövrdə illik inflyasiyanın 5,1 faiz, aylıq inflyasiyanın isə 0,5 faiz olacağını gözləyirdilər.
İnflyasiyanın əsas komponentlərinə nəzər saldıqda ən yüksək illik inflyasiya 9,8 faizlə qida, spirt və tütün məmulatlarında qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!