"Banco.az"ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində kommersiya banklarından xalis avro alışı aylıq müqayisədə 35,85% artaraq sentyabr ayında 35 265,1 min təşkil edib. 2016-cı ilin ilk 9 ayında kommersiya banklarının əhaliyə xalis valyuta satışı 193 141,8 min avro olub.
Keçən ilin sentyabrında isə bankların əhaliyə xalis avro satışının həcmi 70 629,6 min olub.
Bizi Facebook səhifəmizdən də izləyə bilərsiniz.