Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Avropa Mərkəzi Bankı (ECB) Aİ-yə üzv ölkələrdə ev təsərrüfatlarının orta sərvəti ilə bağlı statistik məlumatları dərc edib.
Banco.az “Bild» nəşrinə istinadən xəbər verir ki, statistik göstəricilər sırasında Almaniya 20 ölkə arasında 106.000 avro ilə 15-ci yerdə qərarlaşıb.
Siyahıda daha yüksək yerləri Sloveniya, Slovakiya və Portuqaliya bölüşüb. Baltikyanı ölkələr, Yunanıstan və Macarıstan almanlardan daha kasıb ölkə sırasında yer alıblar. Qeyd edək ki, Almaniyada orta ev təsərrüfatları qiymətləndirməsində Avropa İttifaqında da ilk 10 ölkə arasındadır. Bu statistikaya Almaniyada çoxlu zəngin ailələrin yaşaması faktı təsir edib.
Amma vəziyyət digər tərəfdən bir qədər qəlizləşə bilər.
İqtisadçıların fikrincə, Almaniya iqtisadiyyatı, maliyyə nazirləri tərəfindən qəbul edilmiş yeni büdcə qaydaların səbəbindən mənfi təsirlə üzləşə bilər. Ötən ilin sonunda Aİ-yə üzv ölkələrin hər biri üçün hökumət xərclərinə məhdudiyyətlərin tədricən sərtləşdirilməsini nəzərdə tutub.
ECB-nin “Avrozona iqtisadiyyatının pisləşən perspektivləri haqqında” açıqlamasında bildirilib ki, 2025-ci il üçün Almaniya iqtisadiyyatının yalnız 0,1% böyümə ehtimalı var.
Bizi sosial şəbəkələrdən izləyin!!