Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaları 17 %-dən çox artıb | Banco.az

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaları 17 %-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 127,1 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 17,25 % çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir.

Məlumata görə, hesabat dövründə 50 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 4 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 999 nəqliyyat vasitəsi özəlləşdirilib.