2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 2 milyard 408.8 milyon manatlıq içki və tütün məmulatları satılıb.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2.5% çoxdur.
Qeyd edək ki, ötən ay pərakəndə ticarət şəbəkələrində istehlakçılara 239.4 milyon manatlıq içki və tütün məmulatları satılıb.
Xatırladaq ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 519,9 manatlıq, o cümlədən 283,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 236,4 manatlıq qeyri-ərzaq malları alıb.
