Azərbaycanda ərzağa 29 milyard manatdan çox pul xərclənib | Banco.az

Azərbaycanda ərzağa 29 milyard manatdan çox pul xərclənib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan əhalisi bu ilin yanvar-noyabr aylarında ərzaq məhsullarına 29 milyard 528.3 milyon manat vəsait xərcləyib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur. 

Məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 519,9 manatlıq, o cümlədən 283,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 236,4 manatlıq qeyri-ərzaq malları alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram