Avropadan Rusiya qazının tədarükü ilə bağlı müraciətlər tədricən azalıb | Banco.az

Avropadan Rusiya qazının tədarükü ilə bağlı müraciətlər tədricən azalıb

Rusiyanın "Qazprom" şirkəti Ukrayna ərazisi ilə Avropaya qazın tranzitini davam etdirir.

Bunu "Qazprom"un rəsmi nümayəndəsi Sergey Kupriyanov deyib.

Onun sözlərinə görə, şirkət Avropadan olan istehlakçıların müraciətlərinə uyğun olaraq, Ukrayna ərazisi ilə müntəzəm rejimdə qaz nəql edir.

Bu gün müraciətlərə əsasən, qeyd olunan istiqamət üzrə nəql üçün nəzərdə tutulan qazın həcmi 66,3 mln. kubmetr təşkil edir, bu da 12 aprel tarixinə olan göstərici (74,6 mln. kubmetr) ilə müqayisədə 12,5% çoxdur.

Qeyd edək ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,5-109,6 mln. kubmetr təşkil edir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram