Avropada təbii qazın qiyməti bahalaşıb | Banco.az

Avropada təbii qazın qiyməti bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada tətil narahatlıqlarına görə təbii qazın qiyməti bahalaşır.

Banco.az xəbər verir ki, Avropada qaz fyuçerslərinin qiymətləri dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı olan Avstraliyada fəaliyyət göstərən LNG zavodundakı işçilərin tətili ilə bağlı narahatlıqlar fonunda yüksəlir.

Belə ki, Avropada etalon sayılan Niderlandın gələn ay üzrə qaz fyuçerslərinin qiyməti 18 faiz artaraq bir meqavat/saat üzrə 42,90 avroya çatıb.

Qeyd edək ki, Avstraliyadakı LNG zavodlarında çalışanların iş və əmək haqqı şəraitinin yaxşılaşdırılması üçün tətilə çıxma ehtimalı və tədarükün kəsilməsi ilə bağlı narahatlıqların artması qiymət artımında təsirli olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram