Avropada hava nəqliyyatından istifadə edənlərin sayı 35 faiz artıb | Banco.az

Avropada hava nəqliyyatından istifadə edənlərin sayı 35 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqında (Aİ) aviasəyahət edənlərin sayı 2021-ci ildə əvvəlki illə müqayisədə 35 faiz artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2021-ci ildə Aİ-yə üzv olan 27 ölkədə hava səyahətləri ilə bağlı məlumatları açıqlayıb.

Bu məlumatara görə, 2020-ci ildə Kovid-19 pandemiyasının əsaslı təsirinə məruz qalan aviasiya sektoru ötən il bərpa olunmağa başlayıb. Belə ki, 2021-ci ildə Avropa İttifaqı ölkələrində hava yolu sərnişinlərinin sayı əvvəlki ilə nisbətən 35 faiz artaraq 373 milyona çatıb.

Sözügedən səfərlərin 39 faizi Aİ xaricində, 38 faizi Aİ ölkələri arasında, 23 faizi isə Aİ ölkələrinin daxili marşrutları üzrə həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2019-cu ildə Avropa İttifaqı ölkələrində hava yolu sərnişinlərinin sayı 1 milyardı keçmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et