Avropa Yenidənqurma və İnkişaf Bankı TANAP-a kredit ayırdı | Banco.az

Avropa Yenidənqurma və İnkişaf Bankı TANAP-a kredit ayırdı

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarə Heyəti Azərbaycan Trans Anadolu Qaz Kəməri layihəsi (TANAP) üzrə  "Cənub Qaz Koridoru" AŞ (SGC) şirkətinə 500 milyon dolların ayrılmasını təsdiqləyib.

"Anadolu" agentliyinə istinadən xəbər verilir ki, bankdan verilən açıqlamada Xəzər dənizindən təbii qazı nəql edəcək TANAP-ın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı qeyd edilib. 

Ən sərfəli kredit üçün müraciət et

TANAP-ın əhəmiyyətli hissəsi olan "Cənub Qaz Koridoru" 3 min 500 kilometrdir və 6 ölkədən keçir. 

Qeyd edək ki, TANAP-ın ümumi dəyəri 40 milyard dollar qiymətləndirilib.

Mənbə: Oxu.az