Avropa Parlamenti Kiyevə 35 milyard avro kredit ayrılmasını təsdiqləyib | Banco.az

Avropa Parlamenti Kiyevə 35 milyard avro kredit ayrılmasını təsdiqləyib

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi Rusiyanın dondurulmuş suveren aktivlərindən əldə edilən gəlir hesabına Kiyevə 35 milyard avro məbləğində kreditin ayrılması ilə bağlı Avropa Komissiyasının əvvəllər təklif etdiyi mexanizmin lehinə səs verib.

Banco.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

Ən sərfəli kredit üçün müraciət et

İclasa sədrlik edən Almaniya parlamentinin deputatı Berd Lanın sözlərinə görə, Avropa Komissiyasının müvafiq təklifi heç bir dəyişiklik edilmədən səs çoxluğu ilə qəbul edilib. 

Qeyd olunub ki, Avropa Parlamentinin üzvləri müvafiq komitə tərəfindən razlaşdırıldıqdan sonra oktyabrın 22-də keçiriləcək plenar iclasda bu təklifi təsdiq etməli olacaqlar.