Avropa Komissiyası “Telegram” istifadəçilərinin sayını yoxlayacaq | Banco.az

Avropa Komissiyası “Telegram” istifadəçilərinin sayını yoxlayacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Komissiyası (AK) messencerin necə işlədiyini öyrənmək üçün Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdən “Telegram” istifadəçilərinin sayını yoxlayacaq.

Banco.az xəbər verir ki, bu barədə AK rəhbərinin müavini Vera Jourova məlumat verib

“Telegram”ın rəsmi məlumatlarına görə, onun Avropa İttifaqından 42 milyon qeydiyyatdan keçmiş istifadəçisi var.

“Avropa Komissiyasının hərəkət etməli olduğu meyar 45 milyon istifadəçidir. Ona görə də biz indi bu rəqəmin doğru olub-olmadığını yoxlayırıq”, - deyə Jourova bildirib.

Onun sözlərinə görə, əgər istifadəçilərin faktiki sayı göstəriləndən çox olarsa, o zaman Avropa Komissiyası “Telegramı dərindən öyrənməli” olacaq. 

Jourova xatırladıb ki, rəqəmsal xidmətlər haqqında qanuna əsasən, platformalar dezinformasiyanın yayılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıq ilə mübarizə aparmaq öhdəliyini öz üzərinə götürür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram