Avropa İttifaqı Çində istehsal edilən "Tesla" maşınlarına vergi endirimi tətbiq edəcək | Banco.az

Avropa İttifaqı Çində istehsal edilən "Tesla" maşınlarına vergi endirimi tətbiq edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Çindən idxal edilən elektrik avtomobilləri üçün təklif etdiyi vergi dərəcələrində bəzi dəyişikliklər etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası Çində istehsal olunan elektrik avtomobillərinə verilən subsidiyalar səbəbiylə başladılan araşdırmanın bir hissəsi olaraq hazırlanan "yekun tapıntı" hesabatını açıqlayıb.

Hesabatda bəzi vergi dərəcələri dəyişdirilib və Çində istehsal olunan və ixrac edilən "Tesla"ya 9 faiz vergi tətbiq ediləcəyi ifadə edilib.

Açıqlamada qeyd olunub ki, araşdırmanın nəticələrinin yayımlanması tərəflərə məsələ ilə bağlı öz fikirlərini bildirmək imkanı verib. Açıqlamada qeyd olunub ki, Komissiyanın yekun qərarı bütün şərhlər təhlil edilərək üzv dövlətlərin rəyləri alındıqdan sonra Aİ-nin Rəsmi Jurnalında dərc olunacaq. Vurğulanıb ki, əvvəllər təklif olunan vergi dərəcələrinə bəzi dəyişikliklər edilib.

Ən sərfəli kredit üçün müraciət et

Yeni təklif çərçivəsində "BYD"yə 17 faiz, "Geely"yə 19,3 faiz, "SAIC"ə 36,3 faiz, araşdırma ilə əməkdaşlıq edən Çin elektrik avtomobil istehsalçılarına 21,3 faiz, əməkdaşlıq etməyən digər şirkətlərə isə 36,3 faiz vergi tətbiq ediləcək. Çindən ixracat həyata keçirən "Tesla"ya isə fərdi qaydada 9 faizlik vergi tətbiq ediləcəyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram