Avropa bankları Rusiya istiqrazları ilə əməliyyatları bərpa edib | Banco.az

Avropa bankları Rusiya istiqrazları ilə əməliyyatları bərpa edib

ABŞ banklarından sonra Avropa bankları da Rusiya istiqrazları ilə əməliyyatlarını bərpa edib.

Bu barədə “Financial Times” məlumat yayıb.

İyunun əvvəlində ABŞ Maliyyə Nazirliyi amerikalı investorların təkrar bazarda Rusiyanın suveren və korporativ istiqrazlarını almasını qadağan etməklə, Rusiya borcuna qarşı sanksiyalar rejimini sərtləşdirdi.

Nazirliyin yeni dəqiqləşdirmələri faktiki olaraq Rusiya borcu ilə ticarəti dayandırdı.

Lakin iyulun sonunda ABŞ Xəzinədarlığının sanksiyaların tətbiqi qolu olan OFAC (ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi-red) müştərilərinə Rusiya istiqrazlarında mövqelərini bağlamağa kömək etmək üçün banklara lisenziyası vasitəsilə Rusiya istiqrazları ilə ticarət etmək üçün 3 aylıq pəncərə açdığını bəyan edib.

Avropa tənzimləyiciləri də müştərilərinin risklərini azaltmaq üçün banklara bu cür əməliyyatlar yetirməyə icazə verib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et