İqtisadçı alim, Vüqar Bayramov: "Avronun dünya bazarında möhkəmlənməsi manata dollar qarşısında müəyyən “güc” verəcək".
Avropa Mərkəzi Bankı qərarını verdi. Bank depozit dərəcəsinin neqativ 0.2 faizdən neqativ 0.3 faizə endirdi. Eyni zamanda, xarici investorların gözləntilərindən fərqli olaraq qədim qitənin əsas bankı çox da aqressiv olmayan planını bəyan etdi. Sözügedən bankın gözlənilməz qərarı valyuta bazarını, sözün həqiqi mənasında, silkələdi. Belə ki, 1.06 dollara təklif edilən avro artıq 1.093 dollara satılır. Bu cəmi bir gündə avronun 3 faiz bahalaşması deməkdir.
Ən sərfəli kredit üçün müraciət et Avronun dünya bazarında möhkəmlənməsi manata dollar qarşısında müəyyən “güc” verəcək. Belə ki, avronun dollara nisbətən möhkəmlənməsi milli valyutamızın avroya nisbətən zəifləməsinə, əksinə dollara nisbətən müqayisəli güclənməsinə səbəb olacaq. Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı yenidən son 1 ayda ilk dəfə olaraq manatı dollara nisbətən hiss edilən fazilə möhkəmləndirib. Avronun dünya bazarında möhkəmlənməsinin davam edəcəyi halda isə mövcud məzənnə siyasəti çərçivəsində milli valyutamız dollara nisbətən yenidən müqayisəli güclənə bilər.