Aviabiletlərin qiymətləri ilə bağlı AZAL-a təkliflərimizi vermişik.
Bunu açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr gedir.
"Hamı istəyir ki, qiymətlər daha sərfəli olsun. Amma hazırda şəraitin buna imkan verib- vermədiyi məsələsi var. Digər bir tərəfdən başa düşürük ki, qiymətlərin formalaşdırılması qəliz bir prosesdir və maya dəyərindən ucuz ola bilməz", - agentlik rəsmisi bildirib.
trend
Bizi sosial şəbəkələrdən izləyin!!