Autsorsinq nədir? - Müasir biznesin uğurlu çıxış yolu | Banco.az

Autsorsinq nədir? - Müasir biznesin uğurlu çıxış yolu

Heç kimə sirr deyil ki, hər bir biznesmen öz işini qurarkən bir məqsəd güdür- stabil gəlir əldə etmək. Son zamanlar isə bu istək daha da artır. Dövriyyə aşağı düşür, kontraktların sayı azalır, əlavə vəsait axtarışları başlayır, işçi sayının ixtisar olunması məcburiyyəti yaranır. Tanış vəziyyətdir, elə deyilmi? Bir tərəfdən əlverişli şərtlərlə kredit axtarışı, digər tərəfdən işçilərin işlərinə nəzarət. Sizcə Siz çıxılmaz vəziyyətdəsiniz? Ancaq bu belə deyil. Çin dilindən tərcümədə “böhran” sözü iki heroqliflərdən ibarətdir: (危 机 wēijī – «veytszi»), «təhlükə » və «şans». Deməli, Çin fəlsəfəsinə əsasən, “Təhlükə varsa, ondan çıxış yolları da vardır”. Sizin üçün bu cür “Şans” autsorsinq ola bilər. Bu məqalədə Sizləri “autsorsinq” dünyası ilə tanış etməyə çalışacağıq.

Gəlin görək, “autsorsinq” nə deməkdir?

“Autsorsinq” (“outsoursing”) ingilis sözüdür , “outside resource using” (“kənar mənbədən istifadə etmək”) söz birləşməsindən əmələ gəlib, biznes dilində desək, şirkətin qeyri-effektli və ya az effektli fəaliyyət növünün daha üstün keyfiyyət göstəricilərinə malik peşəkar tərəfdaşlarına ötürülməsi deməkdir.

“Autsorsinq” məfhumu XX əsrin fenomeni kimi qəbul edilib və yalnız XX əsrin 80-ci illərindən biznes aləmində bir istiqamət kimi geniş yer almağa başlayıb.

Autsorsinqin tarixi

“Autsorsinq” sözü termin olaraq ilk dəfə 1989-cu ildə “Eastman Kodak” şirkəti tərəfindən istifadə edilmişdir. Onlar İT xidmətlərini başqa şirkətə ötürməklə bu istiqamətdə daha üstün keyfiyyət göstəricilərinə nail ola bildilər.

Autsorsinq xidmətlərinin tarixində hüquq və auditor şirkətlərinin xüsusi rolu var. Mütəxəssislərin fikrincə XX əsrin əvvəllərində dünyaca məşhur olan “Böyük dördlük” – “KPMG”, “Deloitte & Touch”, “Price waterhouse Coopers”, “Ernst & Young” kimi auditor firmalarının – illik gəlirləri 50 milyard dollar təşkil edirdi.

Autsorsinq xidmətinin tarixindən danışanda iki nəhəng “Ford Motors Company” və “General Motors” şirkətlərinin dahi menecerləri Henri Fordun və Alfred Slounun qarşıdurmasından danışmamaq mümkün deyil.

12 il ərzində Henri Ford xırda bir müəssisəni nəhəng bir holdinqə çevirməyi bacarmışdı. 1909-cu ildə avtomobil istehsalı say etibarilə 18 644-dən 1 250 000-dək artmışdır. Ancaq artıq 1927-ci ildən etibarən “General Motors” şirkətinin istehsal etdiyi avtomobillər bazarda daha üstün mövqe qazanmağa başladı. Nəticədə, dahi menecer Henri Ford rəqibi Alfred Slouna məğlub oldu.

Yarandığı gündən “Ford Motors Company” şirkəti böyük bir imperiyanın qurulması ilə məşğul olmuşdur. Henri Ford məhsulun istehsalında və istehlakçıya çatdırılmasında hər bir prosesin məhz öz şirkətinin daxilində başlayıb bitməsinə nail olmuşdur. Bir misal gətirək, Ford Braziliyada 2.5 mln akr torpaq sahəsi alıb kauçuk plantasiyaları salmış, adını da “Fordlandiya” qoymuşdur. Lakin müəyyən vaxt keçdikdən sonra Henri Ford belə bir qənaətə gəldi ki, “heç bir şirkət öz resursları ilə kifayətlənə bilməz.” Ancaq o, artıq gecikmişdi.

1921-ci ildə “General Motors” şirkətinə gəlmiş Alfred Sloun başqa yol ilə getdi. Onun tərəfindən böyük bir layihə hazırlandı. Layihənin yeniliyi autsorsinq şirkətlərinin xidmətlərindən istifadə etmək idi. Sloun anladı ki, müəyyən sahələrdə professional şirkətlərin xidmətlərindən istifadə etmək daha sərfəli və effektiv nəticə verir. Necə deyərlər, “Təkəri yenidən ixtira etmək heç də vacib deyil”.

Beləliklə, bu iki nəhəng şirkətin mübarizəsi bir daha autsorsinq xidmətlərinin ümumi biznesə nə qədər faydalı olmasını sübut etdi. Bu gün “Toyota Motor Corporation” firması demək olar ki, biznes proseslərinin 70 %-ni kənar müəssisələrə etibar edir.

Beləliklə, autsorsinqin çox qısa, ancaq sürətlə inkişaf edən bir tarixi var. Buna sübüt olaraq, autsorsinq xidmətinin növlərinə nəzər yetirsək kifayətdir. Cədvəldən göründüyü kimi, autsorsinq xidməti qısa müddət ərzində həddindən çox şahələnmişdir.

Autsorsinq xidmətlərinin növləri.

Autsorsinq xidmətlərinin formaları

Tam autsorsinq – müəssisənin müəyyən bir prosesinin tam halda kənar bir təşkilata verilməsi.

Misal: “Microsoft Corporation” şirkətinin işçilərinin təhsillərinin artırılması autsorsinq şirkətə həvalə edillib.

Hissəvi autsorsinq – müəssisənin müəyyən proseslərinin yalnız bir hissəsinin kənar bir təşkilata həvalə edilməsi.

Ən sərfəli kredit üçün müraciət et

Misal: “General Motors” şirkəti avtomobillərinin istehsalında yalnız bir xəttin avtomatlaşdırılması işini “Electronic Data Systems” şirkətinə həvalə edib.

Təkmilləşdirilmiş autsorsinq – autsorsinq xidmətlərinin yeni istiqamətlərindən biridir. Burada söhbət şirkətin bir neçə funksiyasının kənar şirkətlərə verilməsindən gedir.

Misal: “Apple Computer” korporasiyası 70 % istehsalat funksiyalarını “Tokyo Electric Power Company”, “Regis Mckenna” və s. kimi şirkətlərə autsorsinq edib.

Autsorsinq fəaliyyət növündə müxtəlif xarici mənşəli ifadələr işlənilir. Həmin sözlərin bəziləri ilə Sizlər tanışsınız, bəzilərini isə ümumiyyətlə eşitməmisiniz. Gəlin autsorsinqin xüsusi lüğəti ilə tanış olaq.

Autsorsinqin xüsusi lüğəti:

Proqram təminatı üzrə provayder (Application Service Provider) (ASP)

ASP- öz server resursları və korporativ lokal şəbəkə vasitəsilə şəxslərə və ya təşkilatlara xüsusi ödəniş hesabına İnternetə qoşulmanı təmin edən xüsusi lisenziyaya malik müəssisələr.

Biznes proseslərin autsorsinqi (BPO)

BPO – şirkətin profilinə aid olmayan funksiyaların digər ixtisaslaşdırılmış şirkətlərə ötürülməsi və nəticə olaraq ümumi fəaliyyətin optimizasiyası vasitəsidir. Belə funksiyalar adətən maliyyə- mühasibatlıq, İnsan Resursların idarə edilməsi, hüquq, marketinq və tibbi xidmətlərdən ibarətdir.

Subpodrat (Contract Manufacturing)

Contract Manufacturing– istehsalat və ya tikinti işlərinin onşor və ya ofşor hesab edilən üçünçü şəxslərə verilməsi.

Ko-sorsing(Co-soursing)

Co-soursing- bir neçə biznes funksiyalarının həm daxili, həm də xarici resurslar vasitəsilə birgə həyata keçirilməsidir.

Avadanlıqların idarə edilməsi (Facilities Management)

Facilities Management – Müştəri tərəfindən avadanlıqların idarə edilməsinin kənar bir hüquqi və ya fiziki şəxslərə autsors edilməsidir.

İnsorsinq (daxili istehsal) autsorser şirkətə yöndəndirilən sahənin həmin müəssisədaxili şöbələrə yönləndirilməsi.

Niarşorinq (Nearshoring) – yaxın məsafədə yerləşən müəssisəyə müəyyən sahələrin autsors edilməsi.

Offşorinq (offshoring) – xarici ölkələrin birinə aurtsorsinq ermək.Yaxın xarici ölkəyə autsorsinq etmək niarşoring kimi də qəbul edilə bilər.

Xidmətin səviyyəsi haqqında əlavə razılaşma (Service Level Aqreement SLA)

SLA– adətən autsorsinq müqaviləsinə əlavə razılaşma kimi qəbul edilir. Bu razılaşmada xidmətin səviyyəsinə dair müəyyən müddəalar qarşılıqlı razılaşmaya əsasən müəyyən edilir (operativlik, məktubu cavablandırma vaxtı, sənədlərin dövriyyə forması və s.)

Autsorsinq sahəsi biznes aləmində yeni olduğundan bəzi iş adamları fəaliyyət sahələrini autsor edərkən qarşı tərəf ilə münasibətlərin hüquqi tənzimləməsində çətinlik çəkillər. Bu təbii bir haldır: Siz xidmət müqaviləsi bağlamalısınız, yoxsa işlərin görülməsi barədə müqavilə? Ümumiyyətlə “iş görülməsi ”və” xidmət göstərilməsi” arasında nə fərq var? Siz tapşırıq, brokerlik, ticarət nümayəndəsi, saxlama və daşıma xidmətləri barəsində müqavilə imzalamalısınız? Üzr istəyirik! Sizləri çətin hüquqi suallar ilə yorduq. Bu məsələnin daha ətraflı hüquqi tənzimlənməsi ilə maraqlandığınız təqdirdə saytımıza müraciət edə bilərsiniz.

Trend.az